Metronun “Nizami” stansiyasında təmir işlərinə başlanılıb - FOTO

Gündəm 20 İyun 2019 16:26 Oxunub 814
Metronun “Nizami” stansiyasında təmir işlərinə başlanılıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır

“Nizami” stansiyasının “LT-3” tipli 3 saylı eskalatorunda əsaslı təmir işlərinə başlanılıb. Müvafiq texniki göstəricilərinə uyğun olaraq, bu tip eskalatorlar təxminən 110.000 km qaçış məsafəsindən sonra əsaslı təmirə dayandırılır. "Bakı Metropoliten" QSC-dən Avtosfer.az-a verilən məlumata görə, təmir dövründə eskalatorun əsas hissələri sökülərək, təmir-təftiş olunacaq, zəruri hissələr yenilənərək quraşdırılacaq. Sentyabr ayında eskalatorların yenidən istismara verilməsi planlaşdırılır.

Qeyd edək ki, “Nizami” stansiyasının 3 saylı eskalatorunda əsaslı təmir işləri sonuncu dəfə 2012-ci ildə aparılıb. Onu da əlavə edək ki, “Həzi Aslanov” stansiyasında olan “ET-5M” tipli 2 saylı eskalatorun əsaslı təmiri artıq başa çatdırılıb və sərnişinlərin istifadəsinə verilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh