“Shagman” yerüstü piyada keçidinə çırpıldı - FOTO

Qəzalar 21 İyun 2019 11:03 Oxunub 2767
“Shagman” yerüstü piyada keçidinə çırpıldı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda qəzanın fəsadları aradan qaldırılır

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstanla dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Avtosfer.az-a bildirilib ki, “Shagman” markalı 99 DF 915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb. Qəza zamanı yerüstü piyada keçidi və içərisində olan lift sıradan çıxıb.

Hazırda qəzanın fəsadları aradan qaldırılır.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh