Bakıda ətraf mühiti çirkləndirən üç istirahət mərkəzi cərimələnib

Gündəm 21 İyun 2019 12:41 Oxunub 577
Bakıda ətraf mühiti çirkləndirən üç istirahət mərkəzi cərimələnib
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu istiqamətdə tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Bakının Xəzər rayonu ərazisində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə reyd keçirib. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, reydlər zamanı “Siti Bich”, “Karvan Palace” və “Xəzər” istirahət mərkəzlərinin ərazilərində məişət tullantılarının qalaqlanması faktları aşkar olunub. Qeyd olunan istirahət mərkəzlərinin icarədarları İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduqlarına görə barələrində protokollar tərtib edilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh