Deputatın “Porsche"si ilə qəza törədən şəxsdən XƏBƏR VAR

Gündəm 21 İyun 2019 12:45 Oxunub 897
Deputatın “Porsche"si ilə qəza törədən şəxsdən XƏBƏR VAR
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub

Xəzər Rayon Məhkəməsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Fərdi Abasov və Azər Əliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Avtosfer.az xəbər verir ki, hakim Tərlan Əkbərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmə A.Əliyevin barəsində bəraət hökmü çıxıb. Hökmə əsasən, F.Abasov 3 il 3 ay 9 gün müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkəcək. Xatırladaq ki, hadisə ötən il Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. Həmin ərazidə F.Abasovunn idarə etdiyi “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 1975-ci il təvəllüdlü Hüseynova Sevinc Cabir qızını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın A.Əliyevin idarə etdiyi “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və keçinib. Daha sonra qəzanı törədən F.Abasov və A.Əliyev cinayət məsuliyyətinə cəlb edilib. Qeyd edək ki, “Porsche Cayenne GTS” markalı avtomobil Milli Məclisin deputatı Cavanşir Feyziyevin adınadır. O, zərərçəkmiş qismində tanınıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh