Kürdəmirdə silsilə oğurluqlar edən şəxs saxlanılıb

Gündəm 21 İyun 2019 12:50 Oxunub 641
Kürdəmirdə silsilə oğurluqlar edən şəxs saxlanılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktlarla bağlı araşdırma aparılır

Mayın 15-də MMC-lərdən birinə məxsus 3 avtomobildən ümumi dəyəri 650 manat olan ehtiyyat hissələrinin oğurlanması ilə bağlı Kürdəmir RPŞ-yə ərizə ilə müraciət daxil olub. Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Qismət Süleymanov saxlanılıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib və oğurlanan ehtiyyat hissələri maddi sübut kimi götürülüb.

Ətraflarında aparılan araşdırmalar nəticəsində Q.Süleymanovun digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxs müxtəlif vaxtlarda 3 ədəd kanalizasiya borusunu və vətəndaşa məxsus yük avtombilindən ehtiyat hissələrini oğurladığı məlum olub.

Faktlarla bağlı Kürdəmir RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh