Çingiz Qənizadə vətəndaşların ərizələrini fərdi qəbul etdi

Gündəm 21 İyun 2019 13:05 Oxunub 713
Çingiz Qənizadə vətəndaşların ərizələrini fərdi qəbul etdi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sarıxanlı kəndində görüş keçirib

Milli Məclisin deputatı Çingiz Qənizadə 80 saylı İmişli- Beyləqan seçki dairəsinə daxil olan İmişli rayonunun Sarıxanlı  kəndində seçicilərlə görüş keçirib.

Modern.az xəbər verir ki, deputat seçicilərlə görüşərək onları dinləyib.

Sarıxanlı sakinləri deputatdan həm kənd qəbiristanlığına, həm də pay torpaqlarına gedən yolda uçmuş körpünün bərpa olunmasını xahiş ediblər.

Deputat yaxın zamanlarda körpünün bərpa olunacağına söz verib.

Daha sonra Çingiz Qənizadə  son  vaxtlar cənab prezident İlham Əliyevin  minimum aylıq əməkhaqqının artırılması haqqında sərəncamının əhəmiyyətindəın danışıb. Son günlərdəki sosial yönümlü addımların insanlar üçün zəruriliyini qeyd edib. Deputat  görülən işlərin davamlı xarakter daşıdığını da vurğulayıb.

Həmçinin Çingiz Qənizadə çıxışı zamanı seçicilərə Azərbaycana xarici dövlətlərin, beynəlxalq təşkilatların münasibəti, emöhtərəm prezidentiminizn apardığı uğurlu daxili və xarici siyasəti, bu siyasəti görmək istəməyən qüvvələr və Azərbaycanın bütün sahələrdə qüdrətli dövlətə çevrilməsi,  eləcə də parlament fəaliyyəti barədə ətraflı məlumat verib.

Parlamentari sonda vətəndaşlarla fərdi qaydada görüşərək ərizələrini qəbul edib. Hər bir ərizənin araşdırılacağına və maksimum kömək ediləcəyinə söz verib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh