“Shagman” piyada keçidini və lifti dağıtdı - Agentlikdən açıqlama

Avtoxəbər 21 İyun 2019 13:29 Oxunub 4516
“Shagman” piyada keçidini və lifti dağıtdı - Agentlikdən açıqlama
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda qəzanın fəsadları AAYDA tərəfindən aradan qaldırılır

Bu gün səhər saatlarında Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 18-ci kilometrliyində baş vermiş avtomobil qəzası nəticəsində yol təsərrüfatına ziyan dəyib. “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Avtosfer.az-a bildirilib ki, “Shagman” markalı 99 DF 915 dövlət nömrə nişanlı yük maşını Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yerüstü piyada keçidinə çırpılıb. Qəza zamanı yerüstü piyada keçidi və içərisində olan lift sıradan çıxıb.

Hazırda qəzanın fəsadları Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin tərəfindən aradan qaldırılır.

 

Emin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh