Yanacaqdaşıyan maşın yanıb - Şəkidə

Gündəm 21 İyun 2019 15:01 Oxunub 773
Yanacaqdaşıyan maşın yanıb - Şəkidə
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Şəki şəhərində “Ruslan” yanacaqdoldurma məntəqəsinin ərazisində yanacaqdaşıyan avtomobildən tutumu 25 ton olan yeraltı yanacaq çəninə benzin yanacağı boşaldılarkən avtomobilin nasosunda alışma baş verib. Fövqəladə Hallar Nazirliyindən Avtosfer.az-a verilən məlumata görə, nəticədə avtomobilin nasosu və ətrafa dağılan yanacaq 10 m² sahədə yanıb.

Avtomobilin qalan hissəsi, məntəqə ərazisində olan yanacaqla dolu yeraltı çənlər və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh