Avtomobildən siqaret və spirtli içkilər aşkarlanıb

Gündəm 21 İyun 2019 19:49 Oxunub 752
Avtomobildən siqaret və spirtli içkilər aşkarlanıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qərb Ərazi Baş Gömrük İdarəsinin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "VAZ-21099" markalı avtomobil Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub. Dövlət Gömrük Komitəsindən Avtosfer.az-a verilən məlumata görə, sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gizlədilən və gömrük nəzarətinə mütləq bəyan edilməli hər hansı predmetin olmadığını bildirib. Daha sonra avtomobilə gömrük baxışı keçirilib. Nəticədə minik maşınının arxa və ön oturacaqların içərisində və yük yerində gizlədilən 2000 ədəd "Marlboro" markalı siqaret, hər biri 0.7 litr olan, üzərində "Çistıye Rosı" yazılan 15 ədəd spirtli içki aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh