Hava limanının əməkdaşlarına hücum: 5 nəfər xəsarət alıb - VİDEO

Gündəm 22 İyun 2019 08:57 Oxunub 759
Hava limanının əməkdaşlarına hücum: 5 nəfər xəsarət alıb - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisənin səbəbi hələ məlum deyil

ABŞ-da hava limanının əməkdaşlarına hücum edilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə ABC telekanalı xəbər verib. Bildirilir ki, bir nəfər aviasiya təhlükəsizliyi xidmətinin 10 əməkdaşına hücum edib. Finiks şəhərinin Finiks-Skay-Harbor beynəlxalq aeroportunda (Arizona ştatı) bir nəfər uçuş öncəsi yoxlama məntəqəsində hava limanının əməkdaşlarına zərbələr endirib. Hava limanının əməkdaşları hücum edən şəxsi zərərsizləşdiriblər. Cinayətkarın 19 yaşlı Tayler Qarner olduğu məlum olub. O, aeroportun təhlükəsizliyik qaydalarının pozulması və saxlanılma vaxtı müqavimət ittihamları üzrə həbs edilib. Telekanal bildirib ki, hadisə nəticəsində hava limanının 5 əməkdaşı xəsarət alıb. Hadisənin səbəbi hələ məlum deyil.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh