Kürdəxanı və Yasamal sakinlərinin marşrut problemi həll edildi - FOTO

Yeniliklər 22 İyun 2019 16:58 Oxunub 2114
Kürdəxanı və Yasamal sakinlərinin marşrut problemi həll edildi - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu gündən etibarən

Kürdəxanı qəsəbəsində məcburi köçkün ailələri üçün yeni salınan yaşayış kompleksi sakinlərinin ictimai nəqliyyatdan istifadəsi təmin edilib. Bu barədə Bakı Nəqliyyat Agentliyindən Avtosfer.az-a verilən məlumata görə, bu gün səhərdən etibarən 185 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar yaşayış kompleksindən keçməklə hərəkət edirlər. Bakı Nəqliyyat Agentliyinin tətbiq etdiyi bu dəyişiklik sayəsində artıq kompleks sakinləri Sabunçu rayon mərkəzi, "Neftçilər" metro stansiyası və "8-ci km bazarı" istiqamətinə birbaşa müntəzəm marşrut xəttindən istifadə etməklə hərəkət edə bilirlər.

Bu gündən etibarən Yasamal rayonu Dadaş Bünyadzadə küçəsi sakinlərinin də ictimai nəqliyyatdan istifadə etmək istəkləri təmin edilib. 194 nömrəli müntəzəm marşrut xətti üzrə avtobuslar Dadaş Bünyadzadə küçəsindən keçməklə sərnişinlərimizə xidmət göstərir.

 

Namiq

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh