“İranın hava məkanı bütün beynəlxalq uçuşlar üçün təhlükəsizdir”

Gündəm 22 İyun 2019 18:15 Oxunub 751
“İranın hava məkanı bütün beynəlxalq uçuşlar üçün təhlükəsizdir”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bunu İran Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib

İran Mülki Aviasiya Təşkilatı: İranın hava məkanı bütün beynəlxalq uçuşlar üçün təhlükəsizdir "Fars körfəzinin İranın nəzarətində olan hava məkanı və o cümlədən digər uçuş marşrutları tamamilə təhlükəsizdir". Avtosfer.az-ın APA-ya istinadən verdiyi xəbər görə, bunu İran Mülki Aviasiya Təşkilatının sözçüsü Rza Cəfərzadə deyib. O bildirib ki, İran səması bütün hava yolları şirkətlərinin uçuşlarına açıqdır: "Bu günə qədər biz İran hava məkanını seçən aviaşirkətlərdən uçuş marşrutlarını dəyişdirmək barədə xəbərdarlıq almamışıq”.

Qeyd edək ki, ABŞ-ın Federal Aviasiya Administrasiyası bölgədə baş verən gərginliklə əlaqədar Hörmüz boğazı və Oman körfəzinin İran tərəfindən idarə olunan hissəsinə düşən hava məkanından uçuşları qadağan etməyə dair fövqəladə əmr imzalayıb.

Həmçinin bir sıra beynəlxalq aviaşirkətlər – “Cathay Pacific”, “Malaysia Airlines”, “Qantas Airways Ltd”, “Singapore Airlines” “Lufthansa”, “British Airways” və Niderlandın “KLM” hava yolları şirkətləri Fars körfəzində İrana məxsus hava məkanından keçməmək üçün uçuş marşrutlarını dəyişdirdiklərini açıqlayıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh