"Georgian Airways" Moskvaya uçuşları İrəvandan tranzitlə təklif edəcək

Gündəm 23 İyun 2019 10:17 Oxunub 808
"Georgian Airways" Moskvaya uçuşları İrəvandan tranzitlə təklif edəcək
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bu barədə aviadaşıyıcının şənbə günü yaydığı bəyanatda deyilir

"Georgian Airways" aviaşirkəti Rusiya Nəqliyyat Nazirliyinin iyulun 8-dən Gürcüstandan federasiya şəhərlərinə birbaşa uçuşların dayandırılmasına dair bəyanatından sonra öz sərnişinlərinə Tbilisi - İrəvan - Moskva marşrutu üzrə tranzit uçuşlar təklif edəcək.

Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə aviadaşıyıcının şənbə günü yaydığı bəyanatda deyilir. "Məlum olduğu kimi, bu ilin 8 iyulundan etibarən Rusiya aviaşirkətlərinə Rusiya Federasiyasından Gürcüstana hava nəqliyyatının həyata keçirilməsi qadağan ediləcək. Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, qadağa Gürcüstan aviaşirkətlərinə də aid ediləcək. İyulun 8-dən etibarən qadağalar tətbiq edildikdə, Gürcüstan Hava Yolları öz sərnişinlərinə Tbilisi-İrəvan-Moskva marşrutu üzrə tranzit uçuşlar təklif edəcək", - deyə bəyanatda bildirilir.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh