8-ci kilometr bazarı istiqamətində hərəkət qismən bərpa edilib - FOTO

Gündəm 23 İyun 2019 16:10 Oxunub 917
8-ci kilometr bazarı istiqamətində hərəkət qismən bərpa edilib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Ticarət mərkəzində baş verən yanğınla əlaqədar

Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində hərəkət qismən bərpa edilib. Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev məlumat yayıb.

***11:15

Qara Qarayev prospektindəki (metronun “Neftçilər” stansiyası yaxınlığı) ticarət mərkəzində baş verən yanğınla əlaqədar qeyd edilən yolun bir hissəsində hərəkət məhdudlaşdırılıb. Dakar dairəsindən 8-ci kilometr bazarı istiqamətində yol bağlanıb. Bu səbəbdən də 11;12;7A 15;22;30;32;35;36;40;44;49;50;51;57;60;62;64;81;103;105;141;214 saylı marşrutlar üzrə avtobusların istiqamətləri Neftçilər metroduna doğru gedərkən Q.Qarayev pr.-Naxçıvanski küç.-B.Çobanzadə küç.-R.Rüstəmov küç. ilə Dakar meydanına və əks istiqamətdə (bəzi marşrutlar) yönəldilib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh