İki minik avtomobili toqquşub - Qubada

Qəzalar 23 İyun 2019 16:46 Oxunub 900
İki minik avtomobili toqquşub - Qubada
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Quba rayonunda iki minik avtomobili toqquşub. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, rayon mərkəzində "VAZ-21015" markalı avtomobil "Jeep" markalı avtomobilə çırpılaraq onu aşırıb. Nəticədə "Jeep"in sürücüsü xəsarət almasa da, rayon sakinləri digər avtomobilin sürücüsü 1995-ci il təvəllüdlü Elvin Okrat oğlu Cabbarov, sərnişinləri 1996-cı il təvəllüdlü Mehrab Nazim oğlu Xürrəmizad və 1995-ci il təvəllüdlü İbrahim Abdurəhman oğlu İmran oğlu müxtəlif bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh