Sürücülər ehtiyat hissəsi alarkən ciddi seçim qarşısında qalırlar - VİDEO

Yazarlar 23 İyun 2019 18:19 Oxunub 1412
Sürücülər ehtiyat hissəsi alarkən ciddi seçim qarşısında qalırlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Bəzi ehtiyat hissələri mütləq orijinal olmalıdır

Bu xəbərimiz avtomobil ehtiyat hissələri ilə bağlıdır. Söhbət ondan gedir ki, ehtiyat hissələri bazarında eyni məhsul bir neçə kateqoriyada təklif olunur və təbii ki, bunların qiymətləri də fərqli olur. Bu fərq hətta bir neçə dəfəyədək artır. Bu da sürücüləri çaş-baş salır. Biz də bu məsələ ilə bağlı mütəxəssis rəyini öyrənmişik.

Sürücülər avtomobillərinə ehtiyat hissələri alarkən ciddi seçim qarşısında qalırlar. Bazarda ehtiyat hissələrinin müxtəlif qiymətlərdə və keyfiyyətlərdə satılması onları çaş-baş salır.

Sürücülərin sözlərinə görə, avtomobilin istənilən ehtiyat hissəsi 3 və ya 4 kateqariyada təklif edilir. Bunlardan sadəcə biri orijinal olur. Bu müxtəliflik təbii ki qiymətlərdə də öz əksini tapır. Bəzən bu fərq bir neçə dəfəyə qədər arta bilir...

Məsələn, bu orijinal yanacaq filtrinin qiyməti 55, orta keyfiyyətdə olanı 35, orijinal olmayanın qiyməti isə 25 manatdır. Hava filtrləri isə istehsal edildiyi şirkətdən asılı olaraq orijinalı 7-25 manat arasında dəyişir. Yağ filtrlərinin orijinalı isə 12 manatdan başlayır.

Avtomobillərin ehtiyat hissələrinin satışı ilə məşğul olan şəxslər deyirlər ki, orijinal ehtiyat hissələri ilə digərləri arasında qiymət fərqi 50-70 faizə qədər dəyişir.

Avtomobil ustası Sahil Ağabəyli isə tövsiyə edir ki, bəzi ehtiyat hissələri mütləq orijinal olmalıdır.

Mağazalarda satıcılarla apardığımız sorğu zamanı məlum oldu ki, sürücülərin bir çoxu ehtiyat hissələri alarkən əsasən qiyməti ən aşağı olanına üstünlik verirlər.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh