“BMW” aşdı: 9 yaralı - FOTO

Qəzalar 23 İyun 2019 18:48 Oxunub 1377
“BMW” aşdı: 9 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Rusiyanın Moskva əyalətində “BMW” markalı avtomobilin qəzaya uğraması nəticəsində 9 nəfər xəsarət alıb. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, insident Uvarovo-Şixovsky-Klin trasının 8-ci kilometrliyində qeydə alınıb. Bu barədə Moskva Region Dövlət Nəqliyyat Müfəttişliyindən məlumat verilib.

Məlumata görə, içərisində 9 nəfərin olduğu “BMW” 7-ci seriya model markalı minik avtomobilinin sürücüsü sükan idarəetməsini itirərək yol kənarına aşıb.

Hadisə yerinə polis və səhiyyə briqadaları cəlb edilib.

Yaralılar təcili tibbi yardım maşınları ilə xəstəxanalara yerləşdirilib.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh