Qaxda qəza olub, bir ailənin üç üzvü ağır xəsarət alıb

Qəzalar 24 İyun 2019 07:37 Oxunub 826
Qaxda qəza olub, bir ailənin üç üzvü ağır xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hər üç şəxs reanimasiyaya yerləşdirilib

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, magistral yolda iki avtomobil toqquşub. Hadisə zamanı 1972-ci il təvəllüdlü Zamanov Qamboy Elbrus oğlu və övladları - 2009-cu il təvəllüdlü Zamanov Elgün Qamboy oğlu, 2011-ci il təvəllüdlü Zamanov Elbrus Qamboy oğlu ağır xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Onlara qapalı kəllə-beyin və bədənlərinin müxtəlif nahiyələrinin travması diaqnozu qoyulub. Hər üç şəxs reanimasiyaya yerləşdirilib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh