Qohumu ilə mübahisə etdi; "Niva" ilə üstündən keçib - Samuxda

Gündəm 24 İyun 2019 07:58 Oxunub 767
Qohumu ilə mübahisə etdi; "Niva" ilə üstündən keçib - Samuxda
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma apaılır

Samux sakini mübahisə etdikdən sonra "Niva" markalı avtomobillə qohumunun üstündən keçib. Avtosfer.az-ın APA-ya istinadən məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb. 18 yaşlı Hüseynov Ramil İntiqam oğlu yaralı vəziyyətdə Gəncədəki xəstəxanalardan birinə çatdırılıb. Yaralının bədəninin müəyyən hissələrində sınıq xəsarətləri aşkarlanıb. İlkin məlumatlara görə, hadisəni törədən şəxs Ramil Hüseynovun qohumudur. İnsident onlar arasında yaranmış mübahisədən sonra baş verib. Ardından  hadisəni törədən şəxs dərhal ərazidən uzaqlaşıb. Hazırda onun saxlanılması üçün Samux Rayon Polis Şöbəsində əməliyyat istintaq qrupu yaradılıb. Faktla bağlı araşdırma apaılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh