Turist avtobusu yük maşını ilə toqquşdu: 22 ölü

Qəzalar 24 İyun 2019 10:52 Oxunub 712
Turist avtobusu yük maşını ilə toqquşdu: 22 ölü
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəza avtobus sürücüsünün sürət həddini aşması və səhlənkarlığı ucbatından baş verib

Kamerunda avtobusun yük maşını ilə toqquşması nəticəsində 22 nəfər ölüb.

Avtosfer.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə iyunun 23-ü yerli vaxtla saat 16.00-da ölkənin qərb regionunda yerləşən Baham yaşayış məntəqəsində qeydə alınıb. Bu barədə “Cameroon-Info” portalı məlumat yayıb.

Regionun qubernatoru Ava Fona Auqustinin məlumatına görə, sürücü avtobusu qarşı zolağa çıxararaq sürüb və yük maşını ilə toqquşub. Nəticədə 22 nəfər həlak olub. Yaralılar dərhal xəstəxanalara yerləşdirilib.

Bildirilir ki, avtobusda turistlər olub. Onlar Kamerunun liman şəhəri olan Dualaya gedirlərmiş.

Şahidlərin sözlərinə görə, qəza avtobus sürücüsünün sürət həddini aşması və səhlənkarlığı ucbatından baş verib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh