Sumqayıtda dəhşətli qəza: Maşın piyadanın üstünə aşdı

Qəzalar 24 İyun 2019 10:57 Oxunub 727
Sumqayıtda dəhşətli qəza: Maşın piyadanın üstünə aşdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı cinayət işi başlanıb

Sumqayıtda ağır yol qəzası baş verib. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, hadisə Sumqayıt Su Elektrik Stansiyasının yaxınlığında baş verib. Şəhər sakini Abdulov Müşfiq Eynulla oğlu idarə etdiyi 90 BJ 541 dövlət nömrə nişanlı "Opel" markalı avtomobillə hərəkətdə olarkən qəfil idarəetməni itirib. Hadisə nəticəsində avtomobil yolun kənarındakı dayanacaqda dayanan piyada, 1989-cu il təvəllüdlü Əliyev Elnur Elman oğlunun üzərinə aşıb. Avtomobilin altında qalan E.Əliyev hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh