Son iki gündə baş verən yol qəzalarında – 11 ölü, 4 yaralı

Gündəm 24 İyun 2019 11:09 Oxunub 611
Son iki gündə baş verən yol qəzalarında – 11 ölü, 4 yaralı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

Ötən gün daxili işlər orqanlarında qeydə alınan cinayət faktları və hadisələr haqqında statistik məlumatlar açıqlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 22-23-də ölkədə törədilən 35 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 24 nəfər, o cümlədən, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Ölkənin avtomobil yollarında 10 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 11 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 24 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh