Ordu üçün yeni helikopterlər alınacaq

Texnologiya 24 İyun 2019 12:05 Oxunub 1621
Ordu üçün yeni helikopterlər alınacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda ordunun istifadəsində 3 ədəd Rusiya istehsalı Mi-8 və 3 ədəd Fransa istehsalı Dauphin helikopterləri var

Litva Müdafiə Nazirliyi ordu üçün yeni helikopterlərin alınması ilə əlaqədar müsabiqə elan edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Litva hökuməti bu məqsəd üçün 300 milyon avro ayırmağı nəzərdə tutur. Müdafiə Nazirliyinin ictimaiyyətlə əlaqələrə cavabdeh əməkdaşı Asta Qaldikayte bildirib ki, hazırda bazarın analizi aparılır, universal xarakterli, sonrakı istismar zamanı keyfiyyətli servisi təşkil oluna biləcək helikopterlərə üstünlük veriləcək. Hazırda Litva ordusunun istifadəsində 3 ədəd Rusiya istehsalı Mi-8 və 3 ədəd Fransa istehsalı Dauphin helikopterləri var.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh