Polis boğulan qadının həyatını xilas edib - FOTO

Gündəm 24 İyun 2019 15:06 Oxunub 1141
Polis boğulan qadının həyatını xilas edib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hadisə yerinə gələn həkimlər həmin qadına lazımi tibbi yardım göstəriblər

Polis çayda boğulan qadının həyatını xilas edib. DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, hadisə iyun ayının 24-də Salyan rayonunun Aşağı Kürkəndi kəndi ərazisində baş verib.

Həmin ərazidə xidmət aparan Salyan Rayon Polis Şöbəsinin Post Patrul Xidmətin əməkdaşı, polis serjantı Rafail Quliyev Kür çayı sahilində, xidmətdə olarkən ətrafı müşahidə edib. Körpünü nəzərdən keçirərkən bir qadının oradan suya düşdüyünü və köməksiz vəziyyətdə olduğunu görüb. Tez özünü həmin yerə çatdıran polis əməkdaşı çayın gur axınında boğulmaqda olan qadını sudan təhlükəsiz yerə çıxarıb. Onu kritik vəziyyətdən çıxarmaq üçün dərhal Təcili Tibbi Yardım çağırıb. Hadisə yerinə gələn həkimlər həmin qadına lazımi tibbi yardım göstəriblər.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh