Yevlaxda yük maşını ağaca çırpıldı: sürücü özünü kabinədən atıb

Qəzalar 24 İyun 2019 15:12 Oxunub 749
Yevlaxda yük maşını ağaca çırpıldı: sürücü özünü kabinədən atıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Yevlax rayonunda yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Xaldan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, yük maşını yol kənarındakı ağaclara çırpılaraq aşıb. Bu zaman sürcüsü - 1978-ci il təvəllüdlü Siyavuş Sadıqov özünü kabinədən bayıra atıb və nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh