Lüks avtomobilləri daşıyan TIR aşdı: 4 maşına ziyan dəyib - FOTO

Avtosfer Foto 24 İyun 2019 18:25 Oxunub 2712
Lüks avtomobilləri daşıyan TIR aşdı: 4 maşına ziyan dəyib - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis inisdentlə bağlı araşdırmalara başlayıb

Türkiyədə İraqa avtomobil daşıyan TIR aşıb. Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, qəza Mardin vilayətinin Nusaybin rayonunda qeydə alınıb. Məlumata görə, naməlum səbəblərdən sürücünün idarəetməsindən çıxan TIR-ın yük yerində olan 4 nəqliyyat vasitəsi qoşqu ilə birlikdə aşıb. Hadisə nəticəsində 4 avtomobilə ziyan dəyib. Əraziyə polis və xilasetmə briqadaları cəlb olunub. Aşan maşınlar və yük qoşqusu kran vasitəsi ilə yol kənarından qaldırılıb.

Polis inisdentlə bağlı araşdırmalara başlayıb.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh