Tbilisidə avtomobillərlə etiraz yürüşü keçirilir - FOTO

Gündəm 24 İyun 2019 15:55 Oxunub 1190
Tbilisidə avtomobillərlə etiraz yürüşü keçirilir - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Etirazçılar Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını, iyunun 20-də həbs edilən nümayişçilərin azad edilməsini tələb edirlər

Tbilisidə avtomobillərin yürüşü keçirilir. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, Birinci Respublika meydanında başlayan yürüşün Gürcüstan Daxili İşlər Nazirliyi binasının qarşısında başa çatdırılması planlaşdırılır. Etirazçılar Daxili İşlər naziri Giorgi Qaxariyanın istefasını, iyunun 20-də həbs edilən nümayişçilərin azad edilməsini tələb edirlər. Onlar tələblər yerinə yetirilmədiyi təqdirdə bu gün saat 19:00-da parlament binasının qarşısında mitinqi yenidən bərpa edəcəklərini bəyan ediblər.

Qeyd edək ki, bu gün hakim "Gürcü Arzusu" Partiyasının siyasi şurasının iclasında etirazçıların tələblərindən daha biri qəbul edilib. Belə ki, hökümət 2024-cü ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinin 2020-ci ildə proporsional qaydada keçirilməsi haqqında qərar verib.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh