Bakıda avtomobillə vurularaq öldürülən naməlum kişi meyiti aşkarlanıb - FOTO

Gündəm 24 İyun 2019 19:24 Oxunub 2464
Bakıda avtomobillə vurularaq öldürülən naməlum kişi meyiti aşkarlanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
O, tapılan zaman əynində boz rəngli şalvar və çəhrayı rəngli köynək olub

Cari il iyun ayının 23-də Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Ə.Bağırov küçəsi, 78 ünvanında, təxminən 50-55 yaşlarında avtomobil tərəfindən vurularaq öldürülən naməlum kişi meyiti aşkar edilib. DİN-in Mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, həmin şəxsin xarakterik əlamətləri belədir: boyu 170-175 santimetr, orta bədən quruluşlu, gözlərinin rəngi qaradır. Tapılan zaman əynində boz rəngli şalvar və çəhrayı rəngli köynək olub.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis şöbəsinə (012) 450-02-02, həmçinin (070) 272-00-73 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

 

Fidan

ŞƏRH YAZ
Ad

E-mail

Şərh