Penitensiar xidmət və polis tərəfindən birgə ƏMƏLİYYAT 

Gündəm 24 İyun 2019 20:27 Oxunub 707
Penitensiar xidmət və polis tərəfindən birgə ƏMƏLİYYAT 
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məhkumun gizlətdiyi silah və güllələr aşkarlanıb

Ədliyyə Nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində Respublikanın digər hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir. Avtosfer.az-ın məlumatına görə, Penitensiar xidmətin, Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının və Daxili İşlər Nazirliyinin Baş Cinayət-axtarış idarəsinin və Abşeron RPİ-nin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2, 178.2.4 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 3 il 5 ay 28 gün müddətinə azadlıqdan məhrum edilmiş məhkum Mustafayev Kamran Muradəli oğlu Abşeron rayonu Gənclər şəhərciyi yaşayış kompleksində blokun giriş hissəsində gizlətdiyi 1 ədəd lüləsi kəsilmiş ov tüfəngini, 17 ədəd 20 kalibrli gülləni və 1 ədəd süngü bıçağı könüllü olaraq təhvil vermişdir.
Faktla bağlı araşdırma aparılır.

Namiq
 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh