İranda 3 min "Peugeot 301" istehsal olunacaq

Avtoxəbər 25 İyun 2019 07:33 Oxunub 1029
İranda 3 min "Peugeot 301" istehsal olunacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda qeyd olunan avtomobilin yedək hissələrinin çərçivələri hazırlanmaqdadır

Bu ilin sonuna kimi İranda 3 min ədəd "Peugeot 301" markalı avtomobil istehsal olunacaq. Avtosfer.az-ın Trend-ə istinadən məlumatına görə, bunu İran Avtomobil Hissələri İstehsalçıları Assosiasiyasının katibi Maziar Beyglu deyib. M.Beyglunun sözlərinə görə, hazırda qeyd olunan avtomobilin yedək hissələrinin çərçivələri hazırlanmaqdadır. Katib əlavə edib ki, bu avtomobilin istehsalında yedək hissələri istehsalçılarının əsas problemi elektron detallardır. Yedək hissələri istehsalçılarının ən böyük problemini İranın Mərkəzi Bankı tərəfindən vəd olunan 844 milyon dollarlıq vəsaitin ödənməməsi adlandıran assosiasiya katibi deyib ki, bu məsələ "Peugeot 301" markalı avtomobilin istehsalında da ciddi problemlər yaradıb. Problemlər davam etdiyi halda, yedək hissələri istehsalçıları və avtomobilqayırma şirkətlərinin istehsalı azalacaq, 500 mindən çox insan işini itirəcək. 2016-cı il yanvar ayında İranın nüvə proqramı ilə əlaqədar İran və 6 ölkə (ABŞ, Rusiya, Çin, Fransa, Britaniya və Almaniya) arasında Hərtərəfli Birgə Fəaliyyət Planı icra olunub. ABŞ 2018-ci il may ayında bu plandan çıxdığını bəyan edib. Planın icra olunması ilə "İrankhodro" və Fransanın "Peugeot" Avtomobilqayırma şirkəti birgə şəkildə "Peugeot 301" markalı avtomobilin istehsal olunmasını qərara alıblar. Lakin ABŞ-ın 2018-ci il noyabr ayında İrana qarşı sanksiyalar tətbiq etməsi ilə Fransa şirkəti bu müqavilədən çıxdığını elan edib.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh