İcra hakimiyyətinin işçiləri tullantıları əcaib şəkildə daşıyırlar - VİDEO

Gündəm 25 İyun 2019 11:30 Oxunub 748
İcra hakimiyyətinin işçiləri tullantıları əcaib şəkildə daşıyırlar - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Məsələ ilə bağlı araşdırma aparılır

Sosial şəbəkələrdə Səbail Rayon İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Birliyi (MKTB) işçilərinin rayonun Yusif bəy İbrahimli küçəsində sökülmüş ərazidəki yükləri qəribə şəkildə daşıması ilə bağlı videogörüntülər yayılıb. Avtosfer.az “Report”a istinadən xəbər verir ki, işçilərin hərəkəti ətrafda yaşayan insanların narahatlığına səbəb olub. “Toz və əlavə səs-küy yaradılır, üstəlik, heç bir təhlükəsizlik qaydalarına riayət edilmir. Tikinti işi çox primitiv və qeyri-peşəkarlıqla aparılır. Elə bil daş dövrünün əmək fəaliyyətidir”, - sosial şəbəkə istifadəçilərindən biri deyib. Digər istifadəçi isə “fəhlələri işdən qovacaqlar, məsələ həll olunmuş olacaq”, - yazıb. Səbail Rayon İcra Hakimiyyətindən “Report”a bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh