Bakıda "avtoş" şəhəri bir-birinə qatdı: bir neçə maşını əzdi - FOTO - VİDEO

Avtosfer TV 25 İyun 2019 21:42 Oxunub 6054
WhatsApp kanalımıza abunə ola bilərsiniz
YPX əməkdaşları onu təqib etdikdə isə sürücü qarşısına çıxan bütün maşınları vuraraq əzib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gün gündüz saatlarında şəhər ərazisinə avtoxuliqanlıq edən 99 LE 781 dövlət nömrə nişanlı, "Nissan Sunny" markalı avtomobilin sürücüsü Kamran Qasımovu saxlayıblar. Avtosfer.az xəbər verir ki, İqtisad Universitetinin 4-cü kurs tələbəsi olan Kamran Qasımov etibarnamə olmadan nəqliyyat vasitəsini idarə etdiyi üçün yol polisinin saxla işarəsinə tabe olmayaraq qaçıb. YPX əməkdaşları onu təqib etdikdə isə sürücü qarşısına çıxan bütün maşınları vuraraq əzib.

O təxminən 4 mülkü avtomobil və iki YPX maşınına ziyan vurub. Eyni zamanda işıqforda dayanam zaman yol patrul xidməti əməkdaşı açıq olan şüşədən əlini salaraq avtomobilin qapısını açmaq istəyib. Bu zaman Kamran Qasımov şüşəni bağlayaraq maşını sürüb. Nəticədə qırılan şüşə YPX inspektorunun əlini doğrayıb. Sürücünün narkotik vasitələrin təsiri altında olduğu ehtimalı yaranıb. O, müayinə olunmaq üçün Maştağada yerləşən tibbi müayinə mərkəzinə aparılıb.

Hadisə şahidlərinin sözlərinə görə, sürücü saxlanılan zaman avtomobilində energetik içki və şpris aşkarlanıb. Hazırda sürücü Narkoloji Dispanserdə müayinə olunub. O, narkotik vasitələrinin təsiri altında olduğu təsdiqlənib. Daha sonra isə onun barəsində toplanmış materiallar Nəsimi rayon məhkəməsinə göndəriləcək.

***

Avtosfer.az-ın əldə etdiyi məlumata görə, sürücü barəsində Nəsimi rayon məhkəməsinin qərarı ilə 30 gün müddətində həbs və bir il müddətində sürücülük hüququnun məhdudlaşdırılması tədbiri seçilib.

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh