Minik avtomobili ABŞ səfirliyinin qapısına çırpıldı: qaz balonları çıxdı

Gündəm 25 İyun 2019 16:54 Oxunub 927
Minik avtomobili ABŞ səfirliyinin qapısına çırpıldı: qaz balonları çıxdı
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücü dərhal polis əməkdaşları tərəfindən tutulub

Cənubi Koreyada prezident Donald Trampın səfəri ərəfəsində minik avtomobili ABŞ səfirliyinin qapısına çırpılıb. Avtosfer.az “TASS”a istinadən xəbər verir ki, bu barədə iyunun 25-i “YTN” telekanalı məlumat yayıb.

Məlumata görə, minik avtomobili hərəkət zamanı ikinci zolaqdan ani manevr edərək ABŞ səfirliyinin qapısına çırpılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.

Sürücü dərhal polis əməkdaşları tərəfindən tutulub.

O, Pusan şəhərində yaşayan 40 yaşlı Pak soyadlı kişi olub.

Hüquq-mühafizə orqanları əməkdaşlarının araşdırması zamanı nəqliyyat-vasitəsi saxlanılan şəxsə məxsus olmayıb. Maşın sürücü tərəfindən kirayələnib.

Polis avtomobilin yük yerindən bir neçə elədə böyük olmayan qaz balonları aşkarlayıb.

Hadisə ilə bağlı təhqiqatlar aparılır.

Bildirilir ki, Trampın Seula rəsmi səfəri iyunun 29-da baş tutacaq.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh