Astarada maşın körpüdən aşdı: bir ailənin dörd üzvü xəsarət alıb

Qəzalar 26 İyun 2019 09:45 Oxunub 884
Astarada maşın körpüdən aşdı: bir ailənin dörd üzvü xəsarət alıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Astara rayonunda yol qəzasında bir ailədən dörd nəfər xəsarət alıb. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, hadisə Ələt-Astara-İran İslam Respublikası dövlət sərhədi yolunun Astara rayonu ərazisində baş verib. İçərisində Şirvan şəhər sakinlərinin olduğu bildirilən "Mitsubishi" markalı avtomobil körpüdən aşıb. Nəticədə ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb. Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Vəziyyəti daha ağır olan bir uşaq və ana Reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh