Avtosfer.az | Reklam
Bakı-Şamaxı yolunda maşın aşıb, xəsarət alanlar var
Qəzalar 26 Iyun 2019 09:56 200 dəfə oxunub
Bakı-Şamaxı yolunda maşın aşıb, xəsarət alanlar var
Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib

Bakı-Şamaxı yolunda minik maşını aşıb. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin əyləcində yaranan nasazlıq səbəbindən idarəetmədən çıxıb və nəticədə aşıb. Qəza zamanı 2008-ci il təvəllüdlü Məhmətli Ağaverdi Famil oğlu və onun əmisi qızı 2012-ci il təvəllüdlü Məhmətli Yağmur Samir qızı ağır xəsarət alıblar. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

ŞƏRH YAZ
Ad
E-mail
Şərh