Qaxda gənclər qəza törədib, yaralılar var

Gündəm 26 İyun 2019 10:16 Oxunub 937
Qaxda gənclər qəza törədib, yaralılar var
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Faktla bağlı araşdırma aparılır

Qax rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, gecə saatlarında Qax-İlisu avtomobil yolunda hərəkət edən minik avtomobili ağaca çırpılıb və nəticədə 3 nəfər xəsarət alıb. Xəsarət alan Qax sakinləri - 18 yaşlı Eldar Vüqar oğlu Paşayev, 19 yaşlı Ülfət Teymur oğlu Əhmədzadə və 18 yaşlı Emil Araz oğlu Xəlilli ağır bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Məlumata görə, onların hər üçünün vəziyyəti ağırdır. Faktla bağlı araşdırma aparılır.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh