Zığ şosesində baş verən yanğın söndürülüb – VİDEO

Gündəm 26 İyun 2019 16:38 Oxunub 781
Zığ şosesində baş verən yanğın söndürülüb – VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Yanğınla bağlı qərargah yaradılıb

Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində baş verən yanğın söndürülüb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un ərazidə olan əməkdaşı məlumat verib.

*** 14:38

Fövqəladə Hallar naziri Kəmaləddin Heydərov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı (BŞİH) Eldar Əzizov Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın baş verən əraziyə gedib. Yanğınla bağlı qərargah yaradılıb.

*** 14:07

Bakı şəhəri, Xətai rayonu, Zığ şosesində fərdi yaşayış evlərində yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumat görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh