Bakı sakininə qarşı quldurluq edən şəx saxlanılıb
Gündəm
26 İyun 2019 17:16
Oxunub 678
Araşdırma aparılır
Bakı sakininə xəsarət yetirərək 600 manat pulunu aparan şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 18-i saat 4 radələrində paytaxtın Zirə qəsəbəsində yaşayan S.Süleymanovanın evinə girmiş maskalı şəxsin onun baş və sinə nahiyəsinə bıçaqla daxilə nüfuz etməyən xəsarət yetirib oradan 600 manat pul aparması barədə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis şöbəsinə məlumat daxil olub.
Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Ağsu rayon sakini H.Hümbətov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Namiq
ŞƏRH YAZ