Xırdalanda “KamAZ”la azyaşlını vurub qaçan sürücü saxlanılıb
Gündəm
26 İyun 2019 17:25
Oxunub 866
Araşdırma aparılır
Abşeron rayonunda yolu keçən azyaşlını avtomobillə vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. DİN Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, iyunun 25-i saat 18 radələrində Xırdalan şəhərinin Nizami küçəsində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı Məhəmməd Xəlilov vurulub və hadisə yerində ölüb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “KamAZ” markalı avtomobillə törədildiyi müəyyən edilib.
Yol qəzasını törədərək hadisə yerindən yayınmış həmin nəqliyyat vasitəsini idarə edən Masazır kənd sakini F.Həsənov polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Namiq
ŞƏRH YAZ
DİGƏR XƏBƏRLƏR