Bakıda sərxoş sürücülərə qarşı gecə reydi: maraqlı anlar - VİDEO

Avtosfer TV 26 İyun 2019 16:47 Oxunub 3541
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Saat 23:00-dan sonra sərxoş sürücülərin sayı artıb

Dünən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin, eləcə də rayon yol polisi şöbələrinin əməkdaşlarının keçirdiyi reyd zamanı 20-dən artıq sərxoş sürücü aşkarlanıb. Avtosfer.az xəbər verir ki, həmin sürücülərin əksəriyyəti sükan arxasında olmadığını, ayıq sürücü ilə hərəkət etdiklərini desələr də yol polisi əməkdaşlarının təqdim etdiyi videosübutlar qarşısında aciz qalıblar. Sərxoş sürücülər arasında İran vətəndaşı da olub. O, əvvəl özünü haqlı saymağa çalışsa da sonradan peşman olduğunu deyib.

Bakının Nəsimi, Yasamal, Binəqədi və digər yol polisi şöbəsinin əməkdaşları ilə Bakı şəhər DYP-nin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı saat 23:00-dan sonra sərxoş sürücülərin sayı artıb. Onlar etiraf ediblər ki, sərxoş halda restoran və şadlıq evlərindən çıxıblar və sükan arxasında əyləşəndə YPX əməkdaşları onları saxlayıb.

Videomaterialı təqdim edirik:

Elmin

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh