19 yaşlı sürücü qırmızıdan keçdi, “KİA” ilə toqquşdu: sonra da 4 piyadanı əzdi – VİDEO(+18)

Avtosfer TV 26 İyun 2019 17:17 Oxunub 1337
19 yaşlı sürücü qırmızıdan keçdi, “KİA” ilə toqquşdu: sonra da 4 piyadanı əzdi – VİDEO(+18)
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Xəstəxanadan xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilib

Rusiyanın Çelyabinski əyalətində avtomobil səkidə dayanan 4 piyadanı vurub.

Avtosfer.az "31.ru"ya istinadən xəbər verir ki, onlar xəstəxanaya yerləşdirilib.

Məlumata görə, “Renault” markalı avtomobil qovşaqda işıqforun qırmızı işığından keçərək qarşı zolaqdan gələn “KİA” markalı maşınla toqquşub. Qəzanın şiddətindən “Renault” idarəetmədən çıxaraq səkidə dayanan 4 piyadaya çırpılıb.

İnsident yerinə polis və səhiyyə briqadaları cəlb olunub.

Polis əməkdaşları hadisəyə səbəb olan “Renault”ın 19 yaşlı sürücüsünü saxlayıb.

Xəstəxanadan yaralanan 4 nəfərin vəziyyətinin ağır olduğu bildirilib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh