“BMW” X5-lə saatda 250 ilə polisdən qaçmaq istədi: 8 protokol yazıldı - VİDEO

Avtosfer TV 26 İyun 2019 18:06 Oxunub 2450
 “BMW” X5-lə saatda 250 ilə polisdən qaçmaq istədi: 8 protokol yazıldı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hələlik avtomobilin sahibi hadisə ilə bağlı polisə müraciət etməyib

Belarusda avtoservis işçisi avtomobillə polisin təqibindən qaçmaq istəsə də buna müvəffəq ola bilməyib. Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, avtoservisdə işçi müştərinin “BMW” X5 markalı avtomobilinin mühərrikini təmir etdikdən sonra yoxlanış adı ilə qaçırıb.

Yol Polis Xidmətinin (YPX) əməkdaşlarının saxla, əmrinə tabe olmayaraq maşını 250 kilometr saatla idarə edərək onlardan qaçıb.

Bundan sonra YPX əməkdaşları sürücünü təqib etməyə başlayıb.

Təqib zamanı o, avtomobilini polis maşınına vurmaq istəsə də, YPX əməkdaşlarının sayıqlığı nəticəsində buna nail ola bilməyib.

Bir müddət qaçdı-qovdudan sonra polisdən qurtula bilməyəcəyini anlayan avtoxuliqan yoldan çıxaraq boş ərazidə irəliləməyə çalışıb. Lakin polis əməkdaşları onu əhatəyə alaraq yaxalayıblar.

Araşdırma zamanı məlum olub ki, nömrəsiz avtomobil onun deyilmiş.

Bu hərəkətinə görə, sürücüyə 8 cərimə protokolu yazılıb. Qeyd edək ki, hələlik avtomobilin sahibi hadisə ilə bağlı polisə müraciət etməyib.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh