Biləsuvar postunda yanğın: bir neçə avtomobil yanıb - FOTO

Gündəm 26 İyun 2019 18:11 Oxunub 1503
Biləsuvar postunda yanğın: bir neçə avtomobil yanıb - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır

İyunun 26-da Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postu yaxınlığında yerləşən avtomobil dayanacağında yanğın hadisəsi baş verib.

DGK-dan Avtosfer.az-a verilən məlumata görə, dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğının qarşısı qısa zaman ərzində alınıb.

Hadisə nəticəsində xəsarət alan olmasa da dayanacağın ərazisində yerləşən bir neçə avtomobilə maddi ziyan dəyib. Hazırda müvafiq qurumlar tərəfindən yanğının başvermə səbəbləri araşdırılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh