Yol polisi yaralı xanım baykerə belə kömək etdi - FOTO - VİDEO

Yol polisi 26 İyun 2019 18:57 Oxunub 3819
Yol polisi yaralı xanım baykerə belə kömək etdi - FOTO - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Patrul avtomobili ilə yaralını təcili tibbi yardıma çatdırıblar

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Müşayət Eskort Bölüyünün 2-ci tağımının əməkdaşları Faiq Quliyev və Vüqar Abbasov qəzaya düşən şəxsin həyatını xilas ediblər. Avtosfer.az xəbər verir ki, 99 YP 436 dövlət nömrə nişanlı, patrul avtomobili ilə Nobel prospektində xidmət aparan zaman qəzanın şahidi olublar. Məlum olub ki, xanım motosiklet sürücüsü idarəetməni itirib və səkiyə çırpılıb. Nəticədə sürücünün başı yerə dəyərək xəsarət alıb. YPX əməkdaşları sürücüyə ilkin tibbi yardım göstərdikdən sonra təcili tibbi yardıma xəbər ediblər. Həmçinin yolların tıxac olacağı və tibbi yardımın gec gələ biləcəyini ehtimal edərək patrul avtomobili ilə yaralını xəstəxanaya aparmaq istəyiblər. Yolda təcili tibbi yardım avtomobili ilə əlaqə saxlayan YPX əməkdaşları aidiyyəti üzrə sürücünü həkimlərə təhvil veriblər. 
Avtosfer.az videonu təqdim edir:

Orxan Əli

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh