ABŞ-da "Boeing 737 MAX"da yeni potensial təhlükə tapılıb

Gündəm 27 İyun 2019 07:46 Oxunub 806
ABŞ-da "Boeing 737 MAX"da yeni potensial təhlükə tapılıb
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Şirkətə çatışmazlığı aradan qaldırmaq göstərişi verilib

ABŞ-ın Mülki Aviasiya Federal İdarəsi "Boeing 737 MAX"da yeni "potensial risk" aşkarlayıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir. Bildirilir ki, şirkətə çatışmazlığı aradan qaldırmaq göstərişi verilib. "Ən son məsələlərə gəlincə, Mülki Aviasiya Federal İdarəsinin keçirdiyi proses potensial problemlərin üzə çıxarılmasına yönəldilib. İdarə bu günlərdə potensial risk amilini aşkarlayıb, hansı ki, "Boeing" aradan qaldırmalıdır", - deyə müsahiblərdən biri agentliyə bildirib. O, həmçinin qeyd edib ki, idarə "737 MAX" üçün yeni proqram təminatının yoxlanılması prosesinə olduqca diqqətlə yanaşır. Hələlik "Boeing 737 MAX"ın uçuşlara qayıdışının tarixi məlum deyil. İdarə təyyarələrin bu modellərinin uçuşlarına qadağanı onları təhlükəsiz hesab edəcəyi halda ləğv edəcək.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh