“AN-24” təyyarəsi qəzaya uğradı: 2 ölü, 7 yaralı - VİDEO

Qəzalar 27 İyun 2019 08:14 Oxunub 860
“AN-24” təyyarəsi qəzaya uğradı: 2 ölü, 7 yaralı - VİDEO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Qəzanın təfərrüatları araşdırılır

Rusiyanın Buryatiya əyalətində “AN-24” sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 2 pilot ölüb, 7 nəfər isə xəsarət alıb.

Avtosfer.az “RenTV”yə istinadən xəbər verir ki, insident iyunun 27-si səhər saatlarında Nijneanqarsk şəhər tipli qəsəbəsində qeydə alınıb.

Məlumata görə, təyyarə havaya qalxdıqdan bir müddət sonra mühərriklərindən birində nasazlıq yaranıb və bundan sonra ekipaj komandiri aeroporta qayıtmaq qərarı alıb. Təyyarə hava limanına eniş zamanı qalxış-eniş zolağından 100 metr kənara çıxaraq kanalizasiya təmizləyici binaya çırpılaraq yanmağa başlayıb.

Bilidirilir ki, hadisə nəticəsində 43 nəfər xilas olunub.

Hadisə yerinə yanğınsöndürən və səhiyyə briqadaları cəlb olunub.

Qəzanın təfərrüatları araşdırılır.

 

Namiq

ŞƏRH YAZ
Ad

E-mail

Şərh