Hərəkətdə olan maşının təkəri partladı, aşdı: 8 yaralı - FOTO

Avtosfer Foto 27 İyun 2019 11:35 Oxunub 1661
Hərəkətdə olan maşının təkəri partladı, aşdı: 8 yaralı - FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Polis qəza ilə bağlı araşdırmalara başlayıb

Türkiyədə minik avtomobilinin qəzaya uğraması nəticəsində 8 nəfər xəsarət alıb.

Avtosfer.az yerli mətbuata istinadən xəbər verir ki, insident Gaziantep-Adana trasının 65-ci kilometrliyində qeydə alınıb.

Məlumata görə, yolun sol zolağında hərəkətdə olan 03 AAU 276 dövlət qeydiyyat nişanlı minik maşınının təkəri partlayıb. Sürücünün idarəetməsindən çıxan avtomobil bir müddət sürüşərək aşıb. Ətrafdakı insanların çağırışı ilə hadisə yerinə səhiyyə, xilasetmə və polis briqada əməkdaşları gəlib.

Nəqliyyat vasitəsində olan 8 yaralı təcili tibbi yardım maşınları ilə ərazidə yerləşən xəstəxanalara yerləşdiriliblər.

Polis qəza ilə bağlı araşdırmalara başlayıb.

 

Namiq

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh