Ziyalıdan DİN rəhbərliyinə və yol polisi əməkdaşlarına təşəkkür MƏKTUBU

Xəbərlər 27 İyun 2019 16:01 Oxunub 1465
Ziyalıdan DİN rəhbərliyinə və yol polisi əməkdaşlarına təşəkkür MƏKTUBU
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Avtomobildə qəfildən nasazlıq yaranıb və yolda qalıblar, köməyə polislər gəlib

Uzun illərin müəllimi, şair-tərcüməçi, 5 kitabın, çoxlu sayda tərcümə və məqalələrin müəllifi olan 68 yaşlı Şahin Canıyev yazır ki, bu yaxınlarda ailəsi ilə birlikdə Lənkərandan qayıdarkən Masallı rayonu ərazisində gəldikləri avtomobildə qəfildən nasazlıq yaranıb və yolda qalıblar. Bu zaman həmin ərazidə xidmət aparan 2 yol polisi əməkdaşı onlara yaxınlaşıb və problemləri ilə maraqlanıb. Polis əməkdaşları avtomobildə olan 3 yaşlı qadını və onu öz maşınlarına əyləşdirib və qısa vaxtda onların maşınındakı nasazlığı aradan qaldırıblar. Yol polisi əməkdaşları onları Masallı postuna qədər ötürüblər. 
Müəllif yazır ki, postda maşını saxlayıb həmin əməkdaşların adlarını öyrənib. 
O, polisin bu cür davranışının, xeyirxah əməllərinin qürurverici olduğunu deyir və məktubunda bu cür əməkdaşların olduğuna görə DİN rəhbərliyinə və Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci taqımının əməkdaşları Rövşən İsmayılova və Zamiq Həsənova təşəkkürünü bildirir. 

 

Elmin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh