Deputat yol nişanlarından gileyləndi: “Elə özümüz də əziyyət çəkirik”

Yazarlar 27 İyun 2019 16:07 Oxunub 1607
Deputat yol nişanlarından gileyləndi: “Elə özümüz də əziyyət çəkirik”
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Rayonlararası yol nişanlarının quraşdırılmasına daha ciddi diqqət yetirsinlər”

Bu gün Milli Məclisdə "Yol hərəkəti haqqında" qanun layihəsinə əlavələr və dəyişikliklər edilib. Qanuna edilən dəyişiklikdə daimi və müvəqqəti yol nişanlarının quraşdırılmasından söhbət gedir. Avtosfer.az xəbər verir ki, layihə barədə çıxış edən deputat Elmira Axundova bu dəyişiklikləri müsbət qiymətləndirib: “Lakin fürsətdən istifadə edərək müvafiq icra orqanlarından xahiş edərdim ki, rayonlararası yol nişanlarının quraşdırılmasına daha ciddi diqqət yetirsinlər. Çünki Bakıda vəziyyət normal olsa da, rayonlararası yollarda, yol qovşaqlarında adətən belə nişanlar ya qoyulmur, ya da çox az qoyulur. Bu halda əsasən xarici qonaqlar, fərdi qaydada respublikada səyahət edən turistlər, elə özümüz də çox çətinlik çəkirik. Hərdən turistlər bir rayona keçənədək 3-4 dəfə maşını saxlamalı və yerli sakinlərdən düzgün istiqaməti öyrənməli olurlar. Nəzərə alsaq ki, ölkəmizə gələn xarici turistlərin sayı çoxalıb, onda bu məsələ onlar üçün böyük bir problemə çevrilir. Ona görə də, yenə təkrar edirəm, Bakıda vəziyyət fərqli olsa da, rayon yollarında yeni, müasir yol nişanlarının quraşdırılmasına ehtiyac böyükdür”.

 

Elməddin

ŞƏRH YAZ
Ad

E-mail

Şərh