Sərnişin kəməri taxmırsa sürücü həbs oluna bilər – Qanun belə deyir

Yazarlar 28 İyun 2019 10:34 Oxunub 2837
Sərnişin kəməri taxmırsa sürücü həbs oluna bilər – Qanun belə deyir
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Kəməri taxmayan sərnişin xəsarət alsa və ya ölsə sürücünü 2 ildən 10 ilədək həbs gözləyir

Təhlükəsizlik kəməri məsələsi daim müzakirə mövzusudur. Qanunda yalnız hamilə qadınların kəmər taxmamasına icazə verilsə də, bəzi kişilər kəmər taxmamaq üçün hər cür varianta əl atırlar. Hansı ki, təhlükəsizlik kəməri qəza anında sürücünü ölümdən 80 faizdən çox qoruya bilir. Burada söhbət sürücülərdən gedir. Lakin gəlin görək, sərnişinlər kəmər taxmadıqda sürücüləri nələr gözləyir?
Apardığımız araşdımalardan məlum olur ki, sərnişin qismində avtomobildə gedən şəxslərin böyük əksəriyyəti təhlükəsizlik kəmərindən istifadə etmir. Bunun nə ilə nəticələnəciyini isə nə sərnişinlər, nə də sürücülər dərk etmək istəmir. Təhlükəsizlik kəmərindən istifadə olunmayan avtomobil qəzaya düşən zaman sürücü və sərnişinlər mütləq şəkildə bədən xəsarəti alırlar. 
Bəs sərnişinin bədən xəsarəti alması sürücüdə hansı məsuliyyəti yaradır?
Avtosfer.az xəbər verir ki, yol hərəkəti qaydasını pozaraq qəzaya səbəb olan sürücünün avtomobilindəki sərnişinlər və ya digər avtomobildəki sərnişinlər az ağır xəsarət alarsa, həmin sürücünü Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ən ağır hal kimi iki ilədək müddətə azadlıqdan məhrum edəcəklər. Əgər sərnişin dünyasını dəyişərsə, həmin sürücünü Cinayət Məcəlləsinin  263.2-ci maddəsi ilə ən ağır halda altı ilədək müddətə azadlıqdan məhrum edəcəklər. Hətta iki və daha çox sərnişin dünyasını dəyişərsə, o zaman on ilədək müddətə azadlıqdan məhrum edəcəklər. 
Sərnişinin kəmər taxmaması sizi azadlıqdan məhrum edərək doğmalarınızdan ayıra bilər. Ona görə də avtomobilinizə əyləşən hər bir sərnişinin təhlükəsizlik kəmərindən istifadə etməsini məcbur edin!

 

Təbriz Yusubov

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh